...

"Basak-Inam" sığorta şirkəti əmlak sığortası üzrə əməliyyatları çoxaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 15:03 (UTC +04:00)

"Basak-Inam" birgə sığorta şirkəti ipoteka kreditinin obyekti olan əmlak sığortası üzrə, eləcə də həyat və əmək qadbiliyyətinin itməsinin sığortalanması ilə bağlı əməliyyatları artırıb.

Sığorta "Turan bank", "Texnikabank", "Bank of Baku" və "Bank Respublika" müştəriləri üçün həyata keçirilib.

Çərşənbə axşamı "Basak-Inam"ın baş eksperti Samir Məmmədov Trend ə bildirib ki, bu il şirkət 36 əmlak, eləcə də həyat və iş qabiliyyətinin itməsi riski sığortalayıb.

Əmlak sığortası üzrə pul qoyuluşu 0,2%-dən 0,5%-ə qədər dəyişib, həyat və əmək qabiliyyətinin itməsi ilə bağlı sığortalanma isə 0,31%-dən 1,95% arasında dəyişib.

Xəbər lenti

Xəbər lenti