...

Nəzarət şurası Kapital Bankın korporativ istiqrazlar bazarına çıxış təklifinə baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 19:44 (UTC +04:00)

Trend in məlumatına əsasən, bu həftə Kapital Bank dövlət bankının nəzarət şurası korporativ istiqrazların buraxılması məsələsinə baxacaq. Bu gün bankın idarə heyətinin sədri Rauf Rzayevin verdiyi məlumatına əsasən, bank menecmenti yeganə səhmdar - Azərbaycanın Maliyyə Nazirliyinə müraciət edib. Bank hesab edir ki, ikinci reytinqin əldə olunmasından sonra daha qəbul olunan faiz dərəcəsinə əsasən qiymətli kağızların yerləşdirilməsi imkanı var.

R. Rzayevin sözlərinə görə, yerli valyutaya əsasən, Moody`s investisiya reyitinqi SKV obliqasiyalarının manat obliqasiyalarına nisbətən aşağı gəlirliliyini təyin etməyə imkan verəcək.

"Şəraiti nəzərə alaraq bank ilk növbədə qiymətli kağızları manat ekvivalentində yerləşdirəcək, lakin xarici investorlar tərəfindən də Kapital Bankın kağızlarına maraq var. Əgər qiymətli kağızları xaricdə yerləşdirsək, onda respublikada anderraytinq-həmkarını axtarmaq lazım gələcək. Respublikada isə Bakı Birja Fondu vasitəsilə", deyə R.Rzayev qeyd edib.

Daxili bazarda 10 milyon manat məbləğində, xarici bazarda isə 10 milyon dollar məbləğində qiymətli kağızların buraxılması nəzərdə tutulub. Kapital Bankın qiymətli kağızlarının dövriyyə müddəti 3 ildən 5 ilədək olacaq, SKV obliqasiyaları üzrə gəlirin isə 9-10% əhatəsində müəyyən edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti