...

"Vnukovo" hava limanında baş vermiş hadisə Bakı-Moskva reysinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2007 19:07 (UTC +04:00)

Bu gün günün ikinci yarısında "Vnukovo" hava limanın bağlanması Bakıdan Moskvaya uçuş həyata keçirən aviaşirkətlərin işinə təsir etməyib. Bu barədə Trend ə AZAL Dövlət Konsernindən məlumat verilib.

Hazırda "Azərbaycan Hava Yolları" milli avişirkətin təyyarələri bu hava limanına uçmur. Bakıdan Moskvaya olan reys "Şeremetyovo" və "Domodedovo" hava limanlarında həyata keçirilir. Reyslər "Azərbaycan Hava Yolları" və Rusiyanın "Aeroflot" şirkəti vasitəsilə həyata keçirilir.

"Vnukovo" hava limanı aviasiya hadisəsi ilə bağlı təyyarələrin uçuşu və enməsi üçün bağlıdır.

RF-nin Fövqaladə Hallar Nazirliyinin məlumatına əsasən, uçuş zamanı Moskva-Berlin reysini həyata keçirən A-310 təyyarəsi yerə düşüb. Hadisə Moskva vaxtı ilə 16:50-də baş verib. Göyərtədə yalnız heyət üzvləri olub. Heyətin taleyi naməlumdur.

Cədvələ uyğun olaraq bu reysi German Wings aviaşirkəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti