...

Azərbaycanda işsizlərin sayı yanvar ayında azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 14:23 (UTC +04:00)

2007-ci il fevralın 1-i üçün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 53,633 min nəfər olulb ki, bunların 51,2%-ni qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən Trend ə bildiriblər ki, ölkədə bir boş yerə 5 nəfər namizəd var. Yanvar ayı ərzində işsizlərin sayı 0,4% azalıb.

Hesabat dövrü ərzində ölkə əhalisinin əmək qabilli payını 3977,3 min nəfər təşkil edib. Onlardan 33,5%-i muzdla işləyir. Muzdla işləyənlərin 20,6%-i maddi istehsal sahəsində, 13% sənayedə, 4,7% tikintidə, 2,9% kənd, meşə, balıqçılıq təsərrüfatı sahəsində məşğuldur. Qeyri-istehsal sahəsində 25,7% təhsil sahəsində, 19,6% topdansatış və parakəndəsatış ticarət sahələrində, avtotmobillərin, məişət məmulatları və şəxsi istifadə alətlərinin təmiri sahəsində, 10,4% səhiyyə və sosial sahədə, 6,9% nəqliyyat, rabitə sahəsində, 6,1% kommunal, sosial sahədə və şəxsi xidəmt göstərilməsi sahəsində, 4,8% daşınmaz əmlak və icarə sahəsində, 3,9% dövlət idarəsi və müdafiə sahəsində məşğuldur.

İşsizlik üçün müavinətin orta məbləği 61,2 manat, yaxud yanvar ayında muzdla işləyənlərin orta aylıq əmək haqqının 38,1%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti