...

Azərbaycan və İran nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Fevralın 26-28-də Bakıda Azərbaycan və İran arasında nəqliyyat sahəsində əməkdaşlığa dair saziş layihəsinin razılaşdırılması üzrə məsləhətləşmələr keçiriləcək. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov Trend ə bildirib ki, məsləhətləşmələr İranın ekspert qrupunun Bakıya səfəri çərçivəsində keçiriləcək. Sənədin İranın nəqliyyat naziri Məhəmməd Rəhmətinin martın 1-2-də Bakıya rəsmi səfəri çərçivəsində imzalanması planlaşdırılır.

Səfir bildirib ki, İran nazirinin Azərbaycana səfəri çərçivəsində avtomobil və dəmir yolu əlaqələri sahəsində məsələlərin, eləcə də Şimal-Cənub dəhlizi və s. ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti