...

Memar: Bakının yeni baş plana ehtiyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 15:48 (UTC +04:00)
Memar: Bakının yeni baş plana ehtiyacı var

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycan Memarlar İttifaqı Bakının yeni baş planının qəbul olunmasının tərəfdarıdır. Memarlar İttifaqının birinci vitse-prezidenti Hafiz Əmirxanovun bu gün verdiyi məlumata əsasən, bu gün faktiki olaraq şəhərin 1987-ci ildə qəbul olunmuş baş planından başqa planı yoxdur. Onun hazırlığı 1920-ci ildən aparılıb.

Onun sözlərinə görə, baş planın olmaması Bakının qeyri-estetik görünüşünə, obyektlərin tikintisində bədbəxt hadisələrə, ekoloji problemlərə, dənizə axıdılan çirkab sulara, elektrik enerjisinin çatışmazlığına gətirib çıxarır. "Obyektlərin genişləndirilməsi və onların tikintisinə tikinti sahəsinin coğrafi vəziyyətinin, tikilinin maksimal hündürlüyünün yoxlanmasından sonra başlanmalıdır. Şəhərin problemi ondan ibarətdir ki, bu prosesdə peşəkar memarlar iştirak etmir", deyə Əmirxanov bildirib.

Memar qeyd edib ki, bu gün də davam etdirilən tükənməz tikililər şəhəri fəlakətə sürükləyir.

"Əgər Bakıda 5-6 bal gücündə zəlzələ baş versə, bütün bu binalar sadəcə olaraq bir-birinin üzərinə düşəcək, nəticədə kütləvi tələfat baş verəcək", deyə o, bildirib. Bu həmçinin onunla izah olunur ki, Bakıda obyektlər beynəlxalq standartlara uyğun tikilmir. Beynəlxalq standartlarda konstruksiyanın dəmir betondan deyil, davamlı metaldan hazırlanması nəzərdə tutulur.

Bu vəziyyətdən çıxış yolunu memar şəhərin yeni baş planının qəbulu və yeni obyektlərin tikintisinin müvəqqəti olaraq dayandırılmasında görür.

"Bu, şəhərin bir az özünə gəlməsi, əhalinin sağlamlığına mənfi təsir göstərən qoxu və tozlardan azad olması üçün lazımdır. Sonra Bakıda şəhər görkəminin nisbətən özünə qaytarılmasına kömək etmək üçün obyektlərin, məsələn, çoxmərtəbəli avto dayanacaqların tikintisinə başlamaq olar. Bundan sonra yeni baş plana əsasən tikinti işlərini davam etdirmək olar", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti