...

Azərbaycanın iri ticarət obyektləri nəzarət çəkiləri ilə təchiz olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında İstehlak bazarına nəzarət üzrə Dövlət Xidməti iri ticarət obyektlərində nəzarət çəki və digər çəki avadanlıqları quraşdırmağı planlaşdırır. Bu barədə cümə günü İİN-in yaydığı məlumatda göstərilib.

Bu tələblərin yerinə yetirilməsində ticarət obyektləri də öz növbələrində istehlakçıların hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər həyata keçirməlidirlər. Bu tələblərin yerinə yetirilməsini yoxlamaq üçün Dövlət Xidməti müvafiq qanunvericilyə uyğun olaraq monitorinqlər keçirəcək.

Dövlət Xidməti ticarət obyektlərinin rəhbərlərini alıcılar tərəfindən alınmış məhsulların düzgün çəkilməsi üçün şəraitin yaradılması barədə xəbərdar edir. Dövlət Xidməti ticarət obyektlərinin rəhbərlərini alıcılar tərəfindən alınmış məhsulların düzgün çəkilməsi üçün şəraitin yaradılması barədə xəbərdar edir.

Xəbər lenti

Xəbər lenti