...

Azərbaycanda avtomobillərin sayı 2,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda qeydiyyatda olan avtomobillərin sayı 720 min ədədi ötüb ki, bu da 1993-cü illə müqayisədə 2,5 dəfə çoxdur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) keçirilən kollegiya iclasında Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov məlumat verib. Onun sözlərinə görə, 1992-93-cü illərdə respublikada orta hesabla hər 22 nəfərə bir avtomobil düşürdüsə, indi hər 12 nəfərə bir avtomobil düşür. Zeynalov bildirib ki, bu müddət ərzində əhalinin hər 100 min nəfərinə düşən həlak olanların sayı 16-dan 7-ə enib. Bu da əksər MDB dövlətlərinin müvafiq göstəricilərindən xeyli aşağıdır.

Xəbər lenti

Xəbər lenti