...

Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Ağdamda olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bərdə.müx. Trend Ş.Cəliloğlu/Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə axşamı Ağdam rayonunda olub, təməli 1 mart 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qoyulmuş idman kompleksinin tikintisi ilə tanış olub. Əli Həsənov eyni zamanda rayonun Quzanlı kəndində aparılan abadlıq işləri ilə tanış olub.

Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, qaçqın və məcburi köçkünlərin dondurulmuş əmək haqları ilə bağlı yaxın 7 gün ərzində açıqlama veriləcək.

Əli Həsənov qeyd edib ki, ərazidəki istismar müddətini başa vurmuş 15 fin qəsəbəsi də yaxınlarda sökülərək burada yaşayan köçkünlər üçün müasir evlər tikiləcək.

Xəbər lenti

Xəbər lenti