...

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri: Hazırda Rusiyanın daxili sularında hərəkət şərtləri Azərbaycan üçün sərfəli deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 19:11 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının  rəhbəri: Hazırda Rusiyanın daxili sularında hərəkət şərtləri Azərbaycan üçün sərfəli deyil

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Hazırda Rusiya daxili sularında Azərbaycan bayrağı altında üzən gəmilərin hərəkəti üçn RF tərəfindən müəyyənləşdirilən şərtlər sərfəli deyil. Bu mövqeni Sankt -Peterburqda MDB ölkələri Dövlət Dəniz və Çay Nəqliyyatı Administrasiyaları Şurasının iclasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov səsləndirib.

Hər rübdə Rusiya tərəfi Azərbaycan gəmilərinin keçidi üçün kvota müəyyənləşdirir. 2006-cı ildə Rusiya tərəfi Azərbaycana 16 icazə versə də, faktiki olaraq 10 gəmi Rusiyanınn daxili sularından keçə bilib.

Hazırda Azərbaycan bayrağı altında üzən gəmi RF-nin daxili sualrından bir tərəfə keçmək üçün 35-30 min dollar ödəyir.

"Hesab olunur ki Azərbaycan bayrağı ilə üzən gəmilərin RF daxili sualarına daxil olarkən qarşılaşdığı problem "Azərbaycan hökuməti və RF hökuməti arasında Azərbaycan gəmilərinin Rusiya daxili su yollaırında hərəkətinin şərtləri və qaydaları haqqında razılaşmanın imzalanması ilə həll olunar bilər", - deyə Azərbaycan tərəfinin bəyanatında göstərilib.

Bu razılaşma bütün prosedurların, RF daxili sularında hərəkətlə bağlı yaranan bütün anlaşılmazlıqların, yol üzərində olan müxtəlif qurumlar və gəmi heyəti əməkdaşlarının günahı ucbatından yaranan çətinliklərin aradan qaldırılmasına yardım edəcək.

Təəssüf ki, bizə məlum olmayan səbəblər ucbatından tərəflər arasında 1994-cü ildə paraflanmış müqavilənin imzalanması hələ də uzanır. Çox arzu olunandır ki, bu razılaşma üzrə danışıqlar yenidən bərpa olunsun və hər iki dost dövlət arasıında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək sənədin imzalnaması ilə nəticələnsin".

Xəzər dənizi-Volqa-Don kanalı-Azov dənizi-Qara dəniz və Dunay marşrutunun inkişafı üzrə məsələ, gəmiçiliyin stimullaşdırılması üçün şərtlər yaradılması və daxili sulardan sərbəst keçid qaydalarının sadələşdirilməsi məsələləri də müsbət həllini tapıb. Görüş çərçivəsində həmçinin "Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, MDB ölkələrinin nəqliyyat sahəsində effektiv əməkdaşlığı, daxili dəniz yollarının inkişaf perspektivləri" mövzusunda məsələlərə də baxılıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan beynəlxalq səviyyədə Beynəlxalq Dəniz Təşkilatının 20-dən çox protokolu və konvensiyalara qoşulub və bu sahədə lider ölkələr sırasına daxildir. Həmçinin Azərbaycan Dövlət Dəniz Administrasiyasının fəal rolu qeyd edilib.

Azərbaycana MDB ölkələri Dövlət Dəniz və Çay Nəqliyyatı Administrasiyaları Şurasında iştirak etmək təklif olunub. Gələcəkdə Türkmənistan, Qırğızıstan, Moldova və Belarusun iştirakı məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti