...

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin yeni tərkibi təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend .Ü. İsmayılova/ Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti tərəfindən iyulun 11-də qəbul olunan qərara əsasən, Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsini daşıyan Feyruz Novruzov eyni vəzifəyə seçilib. Şirkətin məlumatında bildirilir ki, ümumi sığorta şöbəsinin rəhbəri Nərmin Muradova Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin üzvü seçilib.

Azərbaycan Beynəlxalq Bankının Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin yeni tərkibinin təsdiq olunması barədə qərarı top-menecerlərin qarşısında dayanan tapşırıqların artan həcmi və biznesin artımı, sığorta bazarının bütün seqmentlərində beynəlxalq sığorta şirkətinin lider mövqelərinə nail olmaq və qoruyub saxlamaq isitiqamətində yönəlmiş strateji cəhətdən vacib idarəetmə qərarlarının qəbul ilə bağlı bankın məsuliyyətinin artması ilə əlaqədardır.

İdarə Heyətinin üzvlərindən hər biri strateji cəhətdən bloka cavabdehdir və bu məsuliyyətin İdarə Heyəti səviyyəsində möhkəmləndirilməsi şirkətin idarə edilməsini daha effektiv edəcək.

Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılan sığorta şirkəti 2002-ci ilin aprel ayından fəaliyyət göstərir. Hazırda şirkət könüllü sığortanın 28 növü və mütləq sığortanını 4 növü üzrə xidmətlər göstərir.

Şirkətin nizamnamə kapitalı 8,8 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti