...

Şəkinin Kiş çayında sahil bərkitmə işləri aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Daşqınların qarşısının alınması məqsədilə Şəkinin Kiş çayında sahil bərkitmə işləri aparılır. Rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayev cümə axşamı bildirib ki, hazırda çayın mənbəyində dərələrdən gələn çınqıl hesabına yatağın səviyyəsi qalxıb və təhlükəli vəziyyət yaranıb. Onun sözlərinə görə, 1956-cı ildən inşa edilən bənd yararsız vəziyyətə düşüb. Ona görə də sululuq dövründə Kiş çayında dəfələrlə daşqınlar baş verib və nəticədə tikililərə ciddi ziyan dəyib.

Qarayev bildirib ki, ötən ilin oktyabrından başlayaraq bu günə qədər 2890 metr uzunluğunda sahil bərkitmə işləri aparılıb. Ötən ilə qədər isə 4500 metr uzunluğundə sahil bərkitmə işləri aparılıb.

İnşa edilən bəndlər yeddi metr hündürlüyündədir.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti