...

Bir müddət öncə Türkmənbaşı hava limanına məcburən enən "Donetskiye avialinii" şirkətinin təyyarəsi Bakıya enib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 14:17 (UTC +04:00)
Bir müddət öncə Türkmənbaşı hava limanına məcburən enən "Donetskiye avialinii" şirkətinin təyyarəsi Bakıya enib

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Donetskiye avialinii" şirkətinə məxsus təyyarə Donetsk-Bakı marşrutu ilə uçarkən əlverişsiz hava şəraiti üzündən (duman) bir müddət öncə Türkmənbaşı (Turkmənistan) hava limanında enməyə məcbur olub. Bu səbəbdən də Bakıya saat 11:33-də gəlib. Bu barədə AZAL Dövlət Konsernindən məlumat veriblər.

Dövlət Konserni nümayəndələrinin sözlərinə görə, sərnişinlərin hamısı maneəsiz Bakıya gəliblər. Təyyarədə 120-dək sərnişin olub.

AZAL-da qeyd ediblər ki, KİV-də "Donetskiye avialinii" şirkətinin güya borclu olduğu üçün təyyarəsinin Bakıda qəbul edilməməsi ilə bağlı informasiya, habelə sərnişinlərin Türkmənistanda problemlə üzləşməsi barədə xəbərlər həqiqətə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti