...

AİB prezidentinin səfəri zamanı Azərbaycanda enerji layihəsi üzrə kredit sazişi imzalana bilər

Energetika Materials 23 Oktyabr 2008 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurodanın (Haruhiko Kuroda) Azərbaycana səfəri zamanı Azərbaycanda elektrik ötürücü xətlərin yenidən qurulması layihəsi üzrə kredit sazişinin imzalanacağı gözlənilir, - ölkənin İqtisadi İnkişaf Nazirliyindən cümə günü bildiribər. Onun noyabrın 20-də baş tutacaq səfərinin məqsədi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı (CAREC) proqrami üzrə nazirlər konfransında iştirakdır.

"Bu vaxtadək səlahiyyətlər alınarsa, kredit sazişin imzalanması tarixi AİB rəhbərinin səfəri ilə üst-üstə düşə bilər, - nazirlikdən bildiriblər. - Hökumətdə hazırlıq gedir və sənədlər artıq təqdim olunub".

AİB-in Direktorlar Şurası sentyabrda enerji layihəsinin realizəsi üçün $160 mln. həcmində kreditin ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri $220 mln. təşkil edir.

Layihə çərçivəsində, Mingəçevir su - elektrik stansiyasından Abşeron yarımstansiyasınadək ikikonturlu 220 kilovoltluq elektrik ötürücü xəttinin çəkiməsi nəzərdə tutulur. 220/110 kilovoltluq yarımstansiyanı 110 kilovoltluq elektrik ötürücü xətti ilə birləşdirmək də  nəzərdə tutulur.

Layihənin əsas məqsədi elekrik ötürücü sistemin gücünü artırmaq və adekvat, etibarlı enerji təchizatı, elektrik ötürücü xətlərin imkanlarının genişləndirilməsi, enerji təchizatının keyfiyyət və etibarlılığının artırılması yolu ilə iqtisadi artımdakı regional disbalansı azaltmaqdır.

İyulda Asiya bankı ölkə hökuməti ilə kredit sazişi üzrə danışıqlar aparıb. Sazişə əsasən, kredit resursları Azərbaycana 9 il güzəştli dövr olmaqla, 25 il müddətinə və illik libor+0,2 faiz dərəcəsi ilə veriləcək.

AİB və Azərbaycan hökuməti 1999 - cu ildən əməkdaşlıq edirlər. İndiyədək bank ölkə üçün dövlət zəmanəti altında $304 mln. həcmində kredit təsdiqləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti