...

Azərbaycanda Mingəçevir SES kaskadı modernləşdiriləcək

Energetika Materials 15 Dekabr 2009 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Yanvar-noyabr aylarında Azərbaycanın iri enerji müəssisəsi olan Mingəçevir SES kaskadı tərəfindən 727 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu isə nəzərdə tutulduğundan 2 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsalı deməkdir. Bu barədə "Azərenerji" SC tərəfindən çərşənbə axşamı yayılan məlumatda deyilir. Kaskadın tərkibinə Mingəçevir SES və Varvara SES daxildir.

Noyabr ayında kaskad tərəfindən 167 milyon kilovat-saatdan çox elektrik enerjisi hasil edilib.

2010-cu ildə kaskadda təmir və modernləşmə işlərinin aparılması planlaşdırılır. Xüsusilə də Mingəçevi" SES-in 6 saylı hidroaqreqatının əsaslı təmiri, stansiyanın birinci və ikinci hidroaqreqatlarının və onların köməkçi avadanlıqlarının yeniləri ilə əvəz olunacağı planlaşdırılır.

Varvara SES-də də yenidənqurma işləri aparılacaq. Paralel olaraq üç saylı transformatorun da yenisi ilə əvəzlənməsi, yüksək gərginlikli yarımstansiyalarda hava açarlarının müasir tipli açarlarla əvəz olunması nəzərdə tutulur. Stansiyanın bütün mexaniki və elektrik avadanlıqları yeniləri ilə əvəz olunacaq. Stansiyanın gücü 16,5 meqavatdan 18 meqavatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti