...

2009-cu ildə Azərbaycanın nəqliyyat sektoru ilə daşınan yüklərin həcmi artıb

Energetika Materials 19 Yanvar 2010 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend /

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycanın nəqliyyat sektorunda 189,8 milyon ton müxtəlif növ yük daşınıb. 2008-ci ildə bu göstərici 183,1 milyon ton olub.

Daşınan yüklərin ümumi həcmindən 73,7 faiz özəl sektorun payına düşür. 2009-cu il ərzində yüklərin 49,7 faizi avtomobil nəqliyyatı, 32,7 faizi boru kəmərləri, 10,7 faizi dəmiryol, 6,9 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.

2009-cu ildə sərnişin nəqliyyatında 1,3 milyard nəfər daşınıb ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricidən 6,9 faiz çoxdur. Sərnişindaşımanın 83,9 faizi özəl sektorun payına düşür. Sərnişinlərin əsas hissəsi avtomobil nəqliyyatı (83,9 faiz) və metro ilə (15,5 faiz) daşınıb.

Dəmiryolla 20,3 milyon ton müxtəlif növ yük daşınıb. 2008-ci ildə bu rəqəm 27,4 milyon ton olub.

Dəniz nəqliyyatı ilə 13,2 milyon ton müxtəlif növ yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Daşınan yüklərin bütün həcmi beynəlxalq əməliyyatların payına düşür.

Azərbaycan limanlarında hazırlanmış yüklərin həcmi 2009-cu ildə 5,1 milyon ton təşkil edib. 2008-ci ildə bu rəqəm 5,4 milyon ton olub.

Avtonəqliyyatla 94,2 milyon ton yük daşınıb ki, bu da 2008-ci ildəki göstəricidən 7,1 faiz çoxdur. Sərnişindaşımanın həcmi 1,1 milyard milyon nəfər (7,8 faiz çoxalıb) təşkil edib. Sərnişinlərin 96,6 faizi avtobuslar, 3,4 faizi isə minik avtomobilləri ilə daşınıb.

Metropolitenlə sərnişindaşımanın həcmi 206,1 milyon nəfər təşkil edərək 2,9 faiz artıb.

2009-cu ildə hava nəqliyyatı ilə 941,2 min sərnişin daşınıb. 2008-ci ildə il bu rəqəm 1,4 milyon nəfər olub. Bu növdə daşınmanın 10,2 faizi özəl sektorun payına düşüb.

Avroasiya nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisi vasitəsilə 2009-cu ilin yanvar-noyabr aylarında 39,6 milyon ton yük və 188,4 milyon sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti