...

Türkmənistanın şərqində maye qaz istehsalı artır

Energetika Materials 26 Yanvar 2010 14:29 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 26 yanvar / Trend , müxbir H.Həsənov/

Türkməmistanın şərqində Naib Qaz Emalı Kompleksində 2009-cu ildə 113 min ton yüksəkkeyfiyyətli maye qaz və 45 min ton karbohidrogen-kontensat istehsal olunub.

"2010-cu il yanvarın 20-dək daha 10 min ton maye qaz və karbohidrogen istehsal olunub", - Türkmənqaz xəbər verir.

Naib maye qazı dünya standartlarının bütün tələblərinə uyğun yüksək keyfiyyət və texniki parametrlərə cavab verir. Buna görə də xarici bazarda yüksək tələbat var. 2020-ci ilədək Türkmənistan maye qaz istehsalını 2 mln tona qədər artıracaq. Naiblə yanaşı, ölkənin qərbində Türkmənbaşı şəhərində yerləşən Neft Emalı Zavodunda maye qaz istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti