...

ARDNŞ-nin Qara dəniz Neft Terminalı 2009-cu ildə yükboşaltma həcmini 60 fazidən çox artırıb

Energetika Materials 27 Yanvar 2010 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir E.İsmayılov/

2009-cu illdə ARDNŞ-nin Gürcüstandakı Qara dəniz Neft Terminalı 2,1 milyon ton yük boşaldıb. 2008-ci ildə bu göstərici 1,3 milyon ton təşkil edib. Bu barədə Gürcüstan hökuməti tərəfindən yayılan məlumatda deyilir.

Məlumata görə, keçən il terminalda 99 gəmi işləyib. 2008-ci ildə bu göstərici 65 gəmi təşkil edib.

Kulevidəki neft terminalı ötən ilin may ayında istismara verilib, neft məhsullarının faktiki yüklənib boşaldılması isə iyun ayından başlanıb.

Terminalın ümumi yükboşaltma gücü üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxil olmaqla, ildə 10 milyon ton neft-maye yükü təşkil edir. Rezervuar parkının ümumi həcmi 320 min kubmetr təşkil edir. Bu rəqəmin 380 min kubmetrədək artırılması imkanı var.

Xəbər lenti

Xəbər lenti