...

Azərbaycanda yanvar-fevral aylarında elektrik enerjisi istehlakı üzrə ödənişlərin yığımı 85 faizi ötüb

Energetika Materials 17 Mart 2010 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.İsmayılov/

Bakıda yanvar-fevral aylarında istehlakçılar tərəfindən istifadə olunmuş elektrik enerjisi üzrə ödənişlər 78,5 faiz təşkil edir. Bu barədə Nazirlər Kabineti tərəfindən rəsmi mətbuatda dərc olunmuş ümumi cədvəldə göstərilir. Fevral ayında bu göstərici 83,1 faiz təşkil edib.

Hesabata uyğun olaraq, yanvar-fevral aylarında elektrik enerjisindən istifadə üzrə ödənişlərin maksimum yığımı Bakının Nizami rayonunda müşahidə olunub. Belə ki, paytaxtın Sabunçu rayonundakı 65 faizə nisbətdə bu rayon üzrə ödənişlərin yığımı 90,7 faiz təşkil edib.

Ölkə üzrə yanvar-fevral aylarında elektrik enerjisinin istehlakına görə yığım 85,8 faiz təşkil edib. Fevral ayında bu göstərici 97,7 faiz olub.

Yanvar-fevral aylarında bütün ölkə üzrə elektrik enerjisindən istifadəyə görə maksimum ödəniş yığımı Sumqayıt şəhərində müşahidə olunub. Belə ki, bu şəhərdə ödəniş yığımı 152,4 faiz təşkil edib. İstehlakçılar arasında minimum ödəniş yığımı Ağdam rayonunda müşahidə olunub, belə ki, bu rayonda ödəniş yığımı 38,4 faiz təşkil edib.

"Azərenerji" SC Azərbaycanda, "Bakıelektrikşəbəkə" SC isə Bakı şəhərində elektrik enerjisinin satışı və paylanması ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti