...

ARDNŞ dizel yanacağının ixracını, demək olar, 14 faiz artırıb

Energetika Materials 5 May 2010 12:37 (UTC +04:00)
ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 2008-ci ilin analoji dövründə olan 1,36 milyon tona nisbətdə yanvar-aprel aylarında neft emalı zavodlarından (NEZ) 1,2 milyon ton neft məhsulu ixrac edib.

Azərbaycan, Bakı, 5 may /Trend, Capital/

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 2008-ci ilin analoji dövründə olan 1,36 milyon tona nisbətdə yanvar-aprel aylarında neft emalı zavodlarından (NEZ) 1,2 milyon ton neft məhsulu ixrac edib.

Aprel ayında MİƏİ tərəfindən, təxminən, 159,76 min ton neft məhsulu ixrac olunub.

Azərbaycanda neft məhsulları Bakının ümumi gücü ildə 20 milyon ton neft olan iki NEZ bazasında istehsal olunur. Hər iki NEZ hər il öz vəsaiti hesabına quru və dəniz yataqlarında hasil olunan yeddi milyon tondan çox nefti emal edən ARDNŞ-in tərkibinə daxildir.

Ötən il Bakı NEZ-də 2008-ci ildəki 7,35 milyon tona qarşı 6,03 milyon ton neft emal olunub. Bu il ARDNŞ özünün iki neft emalı zavodunda 6,15 milyon neft emal etməyi planlaşdırır.

Neft məhsulları

Yanvar-aprel, 2010 (min ton)

Yanvar-aprel, 2009 (min ton)

Dizel yanacağı

580,8

509,8

Avtomobil benzini

50,8

70,6

Aviasiya kerosini

37,2

147,4

Soba yanacağı

0,235

31,3

Xəbər lenti

Xəbər lenti