...

Azərbaycan 2010-cu ildə qaz hasilatını artıracaq - "Cedigaz"

Energetika Materials 19 May 2010 13:55 (UTC +04:00)
"Cedigaz" Qaz Sənayesi Cəmiyyətinin hesablamalarına görə, Azərbaycan ötən il MDB-nin qaz hasilatının həcmini xeyli dərəcədə artıran ölkələri sırasında olub. "Cedigaz"ın araşdırmalarına görə, ölkədə hasil olunan qazın həcminin artmasında ötən il 6,2 milyard kubmetrə yaxın qaz alınan "Şahdəniz" qaz-kondensat yatağının rolu böyükdür.

Аzərbaycan, Bakı, 19 may /Trend, müxbir А.Bədəlova/

"Cedigaz" Qaz Sənayesi Cəmiyyətinin hesablamalarına görə, Azərbaycan ötən il MDB-nin qaz hasilatının həcmini xeyli dərəcədə artıran ölkələri sırasında olub. "Cedigaz"ın araşdırmalarına görə, ölkədə hasil olunan qazın həcminin artmasında ötən il 6,2 milyard kubmetrə yaxın qaz alınan "Şahdəniz" qaz-kondensat yatağının rolu böyükdür.

"Cedigaz" 2010-cu ildə "Şahdəniz" yatağından hasil olunan qazın həcmini 7,6 milyard kubmetr səviyyəsində göstərir.

"Şahdəniz" qaz yatağı barədə saziş 4 iyun 1996-cı ildə imzalanıb. Sazişin iştirakçıları: bp (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, NİCO - 10 faiz, "Total" - 10 faiz, "LUKoil" - 10 faiz, TPAO - 9 faiz, SOCAR - 10 faiz şirkətləridir.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Yanvar-mart aylarında bp şirkətinin hesablamalarına görə, "Şahdəniz" yatağından iki milyard kubmetr qaz və 540 min ton (4,3 milyon barel) kondensat hasil olunub.

Xəbər lenti

Xəbər lenti