...

"Palmali" Şirkətlər Qrupu yeni "Şahdəniz" tankerini ilk reysə yola salıb

Energetika Materials 30 İyul 2010 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

"Palmali" Şirkətlər Qrupunun "Aframaks" sinfinin ən iri gəmilərindən biri olan "Şahdəniz" gəmisi Yaponiyanın "Tsuneish" tərsanəsindən özünün ilk reysinə yola düşüb. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir. Gəmi Hindistanın Sikksa limanında benzinlə yüklənəcək və Qərbi Avropa limanlarından birinə yola düşəcək.

Məlumatda deyildiyi kimi, gəmi iyulun 29-da suya buraxılıb. Uzunluğu 243,3 metr, eni 42 metr, dedveydi isə 107 507 tondur.

"Palmali" Şirkətlər Qrupu və "Tsuneishi Shipbuilding Company" tərsanəsi mayın 26-da hər birinin dedveyti 107 400 ton olan "Aframaks" tipli iki tankerin alınması barədə memorandum imzalayıblar. Şirkət hər iki tankeri Qara dəniz və Aralıq dənizi limanlarından neft və neft məhsullarının daşınması üzrə uzunmüddətli müqavilələrin təmin olunması üçün alır.

"Palmali" Aralıq, Xəzər və Qara dəniz hövzələrində yüklərin daşınmasında ixtisaslaşıb. Şirkət Rusiyanın cənubundakı çaylarda neft və neft məhsullarının ən iri daşıyıcısıdır. Bu ilin sonunadək "Palmali" dedveyti 300 min ton olan VLCC tipli bir və dedveyti 165 min ton olan "Suetsmaks" tipli bir gəmi almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti