...

Gürcüstanda yanacaq bahalaşıb

Energetika Materials 18 Oktyabr 2010 18:56 (UTC +04:00)
Gürcüstanda yanacağa olan qiymətlər 3-5 tetr (1 dollar = 1,79 lari) artıb.
Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstan, Tbilisi, 18 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yanacağa olan qiymətlər 3-5 tetr (1 dollar = 1,79 lari) artıb.

"Visol" şirkətinin yanacaqdoldurma məntəqələrində "Disel energy"dən başqa bütün yanacaq növləri üzrə qiymətlər 5 tetr artıb. "Visol" şəbəkəsində "Api super" 2,05 lari, "Api Premium" iki lari, "Euro regular" 1,9 lari, "Api disel" 2,05 lariyədir. "Disel energy"nin qiyməti isə 1,85 laridir.

Son 30-40 gündə dünyada yanacağın qiymətləri 15-20 faiz artıb. Bu, Gürcüstandakı qiymətlərə də təsir edib.

Xəbər lenti

Xəbər lenti