...

Azərbaycan neftinin qiymətləri oktyabrın 28-də artıb

Energetika Materials 29 Oktyabr 2010 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də $84,33/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə axşamına nisbətən $1,68/barelədək artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də $83,55/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,64/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikliyinə görə Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 28-də $80,78/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,74/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 28-də $83,06/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,8/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti