...

Azərbaycanda qazdan istifadə zamanı baş verən bədbəxt hadisələrin sayı azalıb

Energetika Materials 22 İyul 2011 17:37 (UTC +04:00)
Hazırda istehlakçılar tərəfindən qazdan istifadə ilə bağlı baş verən bədbəxt halların və hadisələrin sayı minimuma enib.
Azərbaycanda qazdan istifadə zamanı baş verən bədbəxt hadisələrin sayı azalıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Hazırda istehlakçılar tərəfindən qazdan istifadə ilə bağlı baş verən bədbəxt halların və hadisələrin sayı minimuma enib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Açıq mətbuat saatı" çərçivəsində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Tarverdiyev bildirib.

Onun sözlərinə görə, yay dövründə qaz sızması ilə bağlı hadisələr və ondan istifadə ilə bağlı bədbəxt hallar çox nadir hallarda baş verir ki, bu da istifadə həcminin azalması ilə bağlıdır.

"Belə hallara tez-tez oktyabrın ortalarından mart ayınadək rast gəlinir ki, bu da qazdan istifadə həcminin artması ilə izah edilir", - Tarverdiyev deyib.

Rəis müavininin sözlərinə görə, İB işçiləri müntəzəm şəkildə istehlakçılardakı qaz cihazlarına baxış keçirirlər və sonralar bədbəxt hadislərdən yayınmaq üçün onları qazdan istifadənin düzgün qaydaları barədə məlumatlandırırlar.

Bədbəxt hadisələrin baş verməsinin əsas səbəblərindən biri abonentlərin boru kəmərlərinə, eləcə də tüstüçəkən bacalara düzgün qoşulmamalarıdır. Tarverdiyev bildirib ki, bu da nəticədə məişət və dəm qazının sızmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti