...

Azərbaycanın sübut edilmiş karbohidrogen ehtiyatları 4,2 milyard ton şərti yanacaq təşkil edir - ARDNŞ

Energetika Materials 19 Sentyabr 2011 15:12 (UTC +04:00)
Hazırda Azərbaycanın sübut edilmiş karbohidrogen ehtiyatları 4,2 milyard ton şərti yanacaq təşkil edir.
Azərbaycanın sübut edilmiş karbohidrogen ehtiyatları 4,2 milyard ton şərti yanacaq təşkil edir - ARDNŞ

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Hazırda Azərbaycanın sübut edilmiş karbohidrogen ehtiyatları 4,2 milyard ton şərti yanacaq təşkil edir. Trend-in məlumatına görə, bunu ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan ehtiyatların həcmi 10 milyard ton şərti yanacaq təşkil edir. Hazırda Azərbaycanda dənizdə və quruda qazma işləri aparmaq üçün 40-dan çox struktur var.

Perspektivli strukturların, o cümlədən "Babək" yatağının ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat, "Naxçıvan" strukturunda 300 milyard kubmetr qaz və 40 milyon ton kondensat, "Azəri-Çıraq-Günəşli"nin qaz ehtiyatları 300 milyard kubmetr təşkil edir.

Abdullayevin bildirdiyinə görə, 2015-ci ildə Azərbaycanda neft hasilatının həcmi ildə 50-55 milyon tona, qaz hasilatı isə 30 milyard kubmetrə çatdırılacaq. Bu gün ölkənin sübut edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötüb.

Azərbaycanda ehtiyat baxımından ən iri yataq 1,2 trilyon kubmetrlik ehtiyatla "Şah Dəniz"dir. Onun istismarı ərzində 27,3 milyard kubmetr qaz və 7,3 milyon ton kondensat çıxarılıb.

Xəbər lenti

Xəbər lenti