...

ARDNŞ-nin reytinqləri kredit vermək qabiliyyətinin güclü göstəricilərini əks etdirir - Fitch Ratings

Energetika Materials 20 Aprel 2012 11:55 (UTC +04:00)
Fitch Ratings beynəlxalq reytinq agentliyi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini ("DER") "BBB-", xarici valyutada qısamüddətli DER-ini "F3" və prioritet təminolunmamış reytinqi "BBB-" səviyyəsində təsdiqləyib.
ARDNŞ-nin reytinqləri kredit vermək qabiliyyətinin güclü göstəricilərini əks etdirir - Fitch Ratings

Azərbaycan, Bakı, 20 mart / Trend, müxbir A.Axundov/

Fitch Ratings beynəlxalq reytinq agentliyi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini ("DER") "BBB-", xarici valyutada qısamüddətli DER-ini "F3" və prioritet təminolunmamış reytinqi "BBB-" səviyyəsində təsdiqləyib. Uzunmüddətli DER üzrə proqnoz -"Sabit"dir. Bu barədə "Fitch" agentliyinin dünən yaydığı məlumatda deyilir.

"Əsas və törəmə strukturların reytinqləri arasında qarşılıqlı əlaqə" (Parent and Subsidiary Rating Linkage) metodologiyasına uyğun olaraq, ARDNŞ-nin reytinqləri dövlətin dəstəyi amilini nəzərə alır, çünki şirkət dövlətin 100 faizlik mülkiyyətindədir, ölkənin neft-qaz sahəsində strateji əhəmiyyətli maraqlarını təmsil edir və dövlətdən (2011-ci ildə 190 milyon manat) kapital ödəmələrini almaqda davam edir. "Fitch" fikrincə, hərçənd SOCAR dövlətlə (Azərbaycanın suveren reytinqi " BBB -"/proqnoz "Müsbət") nisbətən güclü əlaqələri qoruyub saxlayır, möhkəm hüquqi əlaqələri (məsələn, birbaşa zəmanətlər) olmadığı halda tam və vaxtında maliyyə dəstəyinin verilməsi (bu şirkətin reytinqlərinin suveren reytinqlərlə tam uyğunluğuna icazə verərdi) müəyyən edilmiş deyil.

2011-ci ilin sonuna dövlətdən zəmanətlə verilmiş borc qrupun bütün borcunun yalnız beş faizini təşkil edirdi. "Fitch" şirkətin reytinqini sərbəst əsasda "BB" reytinq kateqoriyasına uyğun kimi qiymətləndirir.

ARDNŞ-nin reytinqləri müqayisə edilə bilən Rusiya və beynəlxalq emitentlərlə müqayisədə şirkətin kreditödəmə qabiliyyətinin güclü göstəricilərini əks etdirir. Bunu EBITDA-nın 2011-ci ildə 33,8 faiz təşkil edən marja göstəriciləri, eləcə də FFO (əməliyyat fəaliyyətindən pul vasitələrinə) üzrə düzəliş edilmiş leveredjanın 1,2x səviyyəsi göstərir. "Fitch" gözləyir ki, ARDNŞ 2012-ci ildə daha aşağı səviyyədə olsa da, əhəmiyyətli əməliyyat pul axını əldə etməkdə davam edəcək. Eyni zamanda "Fitch" 2012-ci ildə və sonralar şirkətin sərbəst pul axınının əsasən kapital qoyuluşlarının irimiqyaslı proqramına görə mənfi olacağını və buna görə də FFO üzrə düzəliş edilmiş leveredjanın artaraq 2013-cü il üçün 2x-i ötəcəyini proqnozlaşdırır.

Reytinqlər ARDNŞ-nin 5,3 milyard manat məbləğində intensiv kapital qoyuluşları proqramını nəzərə alır, 2012-2015-ci illərdə ARDNŞ Petkim Petrokimya Holdings A.S. üçün ("B+"/proqnoz "Sabit) gücü təxminən 10 milyin ton olan NEZ tikməyi planlaşdırır. ARDNŞ 2012-ci ilin sonunda və ya 2013-cü ildə tikinti işlərinə başlamağı və onları 2015-ci ildə başa çatdırmağı planlaşdırır. Bundan başqa, ARDNŞ 2013-2016-cı illərdə iki köhnə emal zavodunu əvəz etmək üçün Bakının hüdudlarından kənarda yeni kompleks tikməyi planlaşdırır. Bu kompleks istehsal gücü 16 milyard kubmetr olan qaz emalı zavodunu və 10 milyon ton gücə malik neft emalı zavodundan, həmçinin gözlənildiyi kimi, yeni neft və qaz emalı zavodlarının məhsulundan istifadə edəcək neft-kimya zavodundan ibarət olacaq. Şirkət tikinti xərclərini 15-20 milyard dollar həcmində qiymətləndirir və bu layihənin əsasən dövlət tərəfindən maliyyələşdiriləcəyini gözləyir.

Xəbər lenti

Xəbər lenti