Bakı. Trend:
Dekabrın 26-da ABŞ-də qar yağışı nəticəsində 1600-dən çox uçuş ləğv edilib.
Trend xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Nyu-York şəhərində yerləşən Con Kennedi Beynəlxalq Hava Limanı, LaQuardia Hava Limanı və Nyuark Hava Limanı qar yağışı və dağıntılar səbəbindən ciddi ziyan görüb. Bu ərazilərdə 23 sm-ə qədər qar yağacağı gözlənilir.
Ümumilikdə 19 mindən çox uçuş təxirə salınıb. Boston, Detroit və Filadelfiya hava limanlarında da gecikmələr və ləğvlər barədə məlumat verilib.
