...

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib (FOTO)

Gündəm Materials 27 Dekabr 2025 13:19 (UTC +04:00)
Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Birgə Komissiyanın növbəti iclası keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 26-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Yaraq Qazmalar kəndində Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 28-ci iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.

İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölünməsi, monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti