Bakı. Trend:
Avropada hər il təxminən 800 000 insan alkoqol qəbulu ilə əlaqədar həyatını itirir.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, Avropa dünyada spirtli içkilərin ən çox istehlak edildiyi regiondur. Regionda alkoqol istifadəsi hər il təxminən 800 min ölümə səbəb olur ki, bu da hər on bir ölümdən birinə bərabərdir.
ÜST ekspertləri qeyd ediblər ki, heç bir başqa psixoaktiv maddə bu qədər çox xəsarət və ölüm halları ilə əlaqəli deyil. Bu göstəricilər həm yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölümlərə, həm də özünə zərərvermə hallarına aiddir.
