Bakı. Trend:
Əhali sayının azalması ilə bağlı hazırkı proses davam etdiyi halda, İran əhalisi 2101-ci ilə qədər 40 milyondan az ola bilər.
Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Eskəndər Momeni bu gün (27 dekabr) Tehranda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, bu isə ölkə üçün ən böyük faciə hesab oluna bilər.
Momeni bildirib ki, əhali sayının azalması İranı hədələyə biləcək ən böyük böhrandır. Bununla əlaqədar müdaxilə olunmalı və azalma prosesini ləngitmək lazımdır. Ölkənin Vətəndaşların Vəziyyətinin Qeydiyyatı Təşkilatı universitet mərkəzləri ilə əməkdaşlıq edərək bu istiqamətdə düzgün analiz aparmalı və bu böyük böhranın qarşısının alınması üçün çarə tapmalıdır.
Qeyd edək ki, hazırda İran əhalisi 86 milyondan çoxdur.
