Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen Inn qarşıdakı ildə raket və artilleriya mərmilərinin istehsalının artırılması, eləcə də ordunun tələbatını qarşılamaq üçün yeni zavodların inşa edilməsi barədə vəzifəli şəxslərə tapşırıq verib.
Trend xəbər verir ki, bu barədə KXDR-in dövlət mediasında məlumat yayılıb.
Kim Çen Inn əsas hərbi-sursat zavodlarına səfəri zamanı ballistik raketlərin və artilleriya mərmilərinin istehsalı ilə tanış olub, həmçinin modernləşmə üzrə ilkin planları təsdiqləyib.
O qeyd edib ki, ölkənin raket və mərmi istehsalı sektoru müharibədən çəkindirmə potensialının gücləndirilməsində həlledici önəm daşıyır.
