Bakı. Trend:
Aşağı və orta gəlirli ölkələrin təhsil sistemlərində süni intellektin transformativ potensialı araşdırılıb. Süni intellektin təhsil sistemində tətbiqi şagird nəticələrinə ciddi töhfələr verdiyi məlum olub.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Təhsil İcmalı 2025-də əks olunub.
Hesabata görə, Hindistanda generativ süni intellekt (GenSİ) əsasında hazırlanmış dərs planlarının tətbiqi qısa müddət ərzində şagirdlərin karyeraməlumatlılığında əhəmiyyətli müsbət dəyişikliklər yaradıb. Qanadakı 1035 şagirdi əhatə edən pilot tədqiqatda süni intellect əsaslı tyutor sistemi riyaziyyat fənni üzrə nəticələrin yaxşılaşmasına səbəb olub. Bu təsir xüsusilə zəif nəticə göstərən uşaqlar şagirdlər arasında daha aydın müşahidə olunub.
Braziliyada 178 məktəbdə tətbiq edilən süni intellekt dəstəkli yazı qiymətləndirmə sistemi şagirdlərin yazı bacarıqlarında 32% artıma səbəb olub. Nigeriyanın EdoGenSİ-nin altı həftəlik tətbiqi nəticəsində əhəmiyyətli irəliləyiş qeydə alınıb.
Qeyd edək ki, hesabatda süni intellekt alətlərinin təhsildə istifadəsi üç əsas kateqoriya üzrə təsnif edilir: Şagirdyönümlü fərdiləşdirilmiş öyrənmə; müəllimyönümlü tədris dəstəyi; idarəetmə və sistem səviyyəli dəstək
