Bakı. Trend:
Nyu-York Ticarət Birjasının Comex bölməsində 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troya unsiyası üçün 78 dolları keçərək yeni rekord səviyyəyə çatıb.
Trend xəbər verir ki, ticarət platformasının məlumatlarına görə, Bakı vaxtı ilə saat 23:17-yə qiymətli metalın qiyməti 8,86% artaraq troy unsiyası üçün 78,035 dollar olub.
Bakı vaxtı ilə saat 23:30-a qədər gümüşün qiyməti troya unsiyası üçün 77,87 dollara düşüb, buna baxmayaraq 8,63% artım hələ də qalmaqdadır. Eyni zamanda, Comex birjasında 2026-cı ilin fevral ayı üçün çatdırılma nəzərdə tutulan qızıl fyuçersləri troy unsiyası üçün 4561,30 dollar səviyyəsində olub ki, bu da 1,11% artım deməkdir.
