...

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib

Cəmiyyət Materials 28 Dekabr 2025 03:19 (UTC +04:00)

Bakı. Trend:

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də onların məşğulluğunun təminatıdır.

Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan 1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub.

Xəbər lenti

Xəbər lenti