...

Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb

Hadisə Materials 28 Dekabr 2025 13:18 (UTC +04:00)
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti