...

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb - DİN

Gündəm Materials 27 Dekabr 2025 10:39 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb - DİN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 255 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti