...

Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

İqtisadiyyat Materials 27 Dekabr 2025 19:49 (UTC +04:00)
Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu il dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 3,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 62,3 % azdır.

Xəbər lenti

Xəbər lenti