Bakı. Trend:
Bankok danışıqlar çərçivəsində Kamboca tərəfinin hər iki ölkənin qoşunlarını münaqişədən əvvəlki mövqeyə qaytarmaq təklifini rədd edir.
Trend xəbər verir ki, bunu Tailandın Baş naziri Anutin Çanvirakun bildirib.
Çanvirakun vurğulayıb: "Biz artıq Tailanda aid olduğunu düşündüyümüz bölgələrdə suverenlik qurmuşuq. Güzəştə gedə bilmərik. Danışıqlar Tailandı əldə etdiyi üstünlüklərdən məhrum etməklə yox, reallıqlar nəzərə alınmaqla aparılmalıdır."
Baş nazir bildirib ki, Tailand silahlı qüvvələri ərazi məsələlərində nəzərdə tutulmuş hədəflərə çatdıqlarını təsdiqləyiblər. Eyni zamanda, Bankok 72 saatlıq atəşkəsə razıdır və bundan sonra Kambocanın əsir götürdüyü 18 əsgərin azad olunması mümkün ola bilər.
