Bakı. Trend:
ABŞ-nin Aydaho ştatı, Uolles şəhərində Şoshone dairəsi şerifinin ofisində baş verən atışma nəticəsində ən azı iki nəfər yaralanıb.
Trend xəbər verir ki, məlumatı yerli “Kanal 2” polisə istinadən yayıb.
Hadisə zamanı silahlı şəxs iki nəfəri yaralayıb və daha bir neçə nəfəri girov götürüb. Kootenay dairəsinin şerifi Bob Norris daha sonra kanala şübhəlinin zərərsizləşdirildiyini təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində işləyir. Yaralıların vəziyyəti və atışmanın səbəbləri barədə hələlik məlumat verilməyib.
