...

Tayvan sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 Dekabr 2025 21:21 (UTC +04:00)
Tayvan sahillərində güclü zəlzələ baş verib

Bakı. Trend:

Tayvan sahillərində 6,7 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı Kilun liman şəhərindən 63 km cənub-şərqdə, 68 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti