Bakı. Trend:
Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizliyin möhkəmləndirilməsi və sabitliyin təşviqi istiqamətində atdığı addımları alqışlayır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd olunub.
Açıqlamada vurğulanıb ki, Yəməndəki hazırkı vəziyyət təmkin nümayiş etdirməyi, birgə səylərə, dialoqa və münaqişənin sülh yolu ilə həllinə üstünlük verilməsinin vacibliyini göstərir.
Bildirilib ki, Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir, həmçinin ölkədə davamlı sülhün, rifahın və inkişafın təmin olunması naminə yəmən xalqının maraqlarının qorunmasına yönələn bütün təşəbbüsləri yüksək qiymətləndirir.
