...

Azərbaycandan Boqlarıstana ixrac olunan neftin həcmi 2 dəfədən çox artıb

Energetika Materials 27 Dekabr 2025 18:00 (UTC +04:00)
Azərbaycandan Boqlarıstana ixrac olunan neftin həcmi 2 dəfədən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana 92,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 169,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 46,3 milyon ABŞ dolları və ya 2 dəfə artıb, həcm baxımından isə 88,6 min ton və ya 2,1 dəfə azalıb.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Bolqarıstana 46 milyon ABŞ dolları həcmində 80,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti