...

BMT Baş katibi Suriyada məsciddə törədilmiş terror aktını pisləyib

Dünya xəbərləri Materials 27 Dekabr 2025 03:27 (UTC +04:00)
BMT Baş katibi Suriyada məsciddə törədilmiş terror aktını pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın Homs şəhərindəki Əli ibn Əbi Talib məscidində cümə namazı zamanı baş vermiş terror aktını qətiyyətlə pisləyib.

Trend xəbər verir ki, Quterreş mülki şəxslərə və ibadət yerlərinə hücumların qəbuledilməz olduğunu bildirib, həlak olanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Qeyd olunur ki, Suriyanın Homs şəhərindəki İmam Əli məscidində cümə günü baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti