...

Afrika Millətlər Kuboku: Misir CAR üzərində minimal hesablı qələbə qazanıb

Maraqlı Materials 26 Dekabr 2025 21:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika Millətlər Kubokunda Misir və Cənubi Afrika Respublikası (CAR) arasında qrup mərhələsinin ikinci tur oyunu keçirilib.

Trend xəbər verir ki, Aqadirdəki “Adrar” stadionunda baş tutan qarşılaşma Misir millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 45-ci dəqiqədə penaltidən Misir yığmasının hücumçusu Məhəmməd Salah vurub.

B qrupunda iki turdan sonra Misir altı xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. CAR üç xalla ikinci yerdədir.

Qeyd edək ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda 24 milli komanda iştirak edir. Turnir yanvarın 18-dək davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun qalibi Kot-d’İvuardır.

Xəbər lenti

Xəbər lenti