...

Azərbaycanda ilin sonuna lokal kartlarla həyata keçirilən əməliyyatların həcmi məlum olub

İqtisadiyyat Materials 27 Dekabr 2025 10:47 (UTC +04:00)
Azərbaycanda ilin sonuna lokal kartlarla həyata keçirilən əməliyyatların həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabr ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (o cümlədən, statistik vahidin ödəniş kartları) emissiya etdiyi lokal kartlar vasitəsilə əməliyyatların sayı 62,1 min ədəd, əməliyyatların həcmi isə 60,53 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilki göstərici ilə müqayisədə lokal kartlar ilə əməliyyatların sayı 179,8 min ədəd və ya 74,3% azalıb, əməliyyatların həcmi isə 4,63 milyon manat, yaxud da 8,3% artıb.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti