...

Yaponiyada 50-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Dünya xəbərləri Materials 27 Dekabr 2025 06:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın mərkəzi hissəsində yerləşən Qumma prefekturasında 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində azı bir nəfər ölüb, 26 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

İlkin məlumatlara görə, yolun buz bağlaması səbəbindən baş verən qəzada azı 10 avtomobil yanıb. Yaponiyanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, hadisə nəticəsində yaşlı bir qadın həyatını itirib, 5 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 21 nəfər isə yüngül xəsarət alıb.

Qəza ilə əlaqədar olaraq Yaponiyanın mərkəzində yerləşən magistral yolun bir neçə hissəsi müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb.

Xəbər lenti

Xəbər lenti