...

Tramp və Zelenski Avropa liderlərinin iştirakı ilə telefon konfransı keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 26 Dekabr 2025 23:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü, dekabrın 27-də Avropa liderlərinin iştirakı ilə telefon konfransı keçirmək niyyətindədirlər.

Trend xəbər verir ki, bu barədə “Axios” ukraynalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, növbəti gün – dekabrın 28-də Donald Tramp və Volodimir Zelenski arasında ABŞ-ın Florida ştatında danışıqların keçirilməsi planlaşdırılır.

“Bu görüş danışıqlarda əhəmiyyətli irəliləyişin göstəricisidir”, – deyə materialda qeyd olunub. Məqalənin müəllifi Barak Ravid Trampın sözlərini xatırladıb ki, o, Zelenski ilə yalnız razılaşmanın yaxın olduğunu hiss etdiyi halda görüşəcək.

Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi isə “Axios”a bildirib ki, son iki həftə ərzində Vaşinqton Rusiya və Ukrayna tərəfləri ilə aparılan danışıqlarda “ilin əvvəlindən bəri olduğundan daha böyük irəliləyiş” əldə edib.

Xəbər lenti

Xəbər lenti