...

"Qalatasaray"ın yarımmüdafiəçisi komandadan ayrılacaq

İdman Materials 28 Dekabr 2025 04:01 (UTC +04:00)
"Qalatasaray"ın yarımmüdafiəçisi komandadan ayrılacaq

Bakı. Trend:

"Qalatasaray"ın futbolçusu Berkan Kutlu yanvar ayında komandadan ayrılacaq.

Trend xəbər verir ki, türkiyəli yarımmüdafiəçisi iki klubun diqqət mərkəzindədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Konyaspor" artıq Berkanla danışıqlara başlayıb. "Ağ-yaşıllar" 27 yaşlı oyunçuya 2,5 illik müqavilə və illik 400 min avro maaş təklif edib. Təcrübəli futbolçu ilə "Trabzonspor" da maraqlanır.

Qeyd edək ki, "Qalatasaray" Berkan Kutlunu 2021-ci ilin yayında "Alanyaspor"dan 4 milyon avroya transfer edib. Türkiyə millisinin sabiq üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi edib.

Xəbər lenti

Xəbər lenti