...

Böyük Britaniya məktəb məzunları üçün pullu hərbi təlim proqramı başladacaq

Turizm Materials 27 Dekabr 2025 07:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti 2026-cı ilin mart ayında məktəb məzunları üçün pullu hərbi təlim proqramına start verməyi planlaşdırır. Proqram iştirakçıları silahlı münaqişələrdə iştirak üçün ilkin hazırlıq keçəcəklər.

Trend xəbər verir ki, bu barədə “i” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, proqram universitetə qəbuldan əvvəl bir il fasilə vermək qərarı alan orta məktəb məzunları üçün nəzərdə tutulub. Bu müddət adətən əlavə təlimlər, könüllü fəaliyyət, səyahət və ya işləməklə keçirilir. İlkin mərhələdə Böyük Britaniyanın Müdafiə Nazirliyi proqram vasitəsilə 25 yaşdan kiçik 150 nəfəri silahlı qüvvələrə cəlb etməyi planlaşdırır.

Bununla yanaşı, Avstraliyada tətbiq olunan oxşar modelə əsaslanan Britaniya ordusunun planları daha genişdir. Gələcəkdə bu proqram hesabına hər il silahlı qüvvələrə 1000 nəfərə qədər gəncin cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə qeyd olunur ki, 13 həftəlik bu təlim proqramı gənc britaniyalılara hərbi xidmətə dərhal yazılmaq öhdəliyi olmadan hərbi sahə ilə tanış olmaq imkanı verəcək. Silahlı qüvvələrdə qalmağı seçən iştirakçılar əlavə hazırlıq keçəcək və sonradan hərbi əməliyyatlara göndərilə biləcəklər.

Xəbər lenti

Xəbər lenti